20 İyun 2026
Kateqoriyasız

“Bu, ədalətli qərar deyil” – Rauf Əliyev

“Qərar çox ağırdır. Hakimi söymədiyimi dördüncü hakimə də demişdim”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in futbolçusu Rauf Əliyev deyib. O, daha sonra belə davam edib: “Heç kimi söymədiyim halda belə bir qərar çox ağırdır. Bu, ədalətli qərar deyil. Hazırda səbr etməkdən başqa yol yoxdur. Bilmirəm artıq nə deyim. Yəqin ki, klub tərəfindən hər hansı bir addım atılar”.

Qeyd edək ki, AFFA-nın İntizam Komitəsi forvardı Premyer Liqanın IV turunun “Səbail”lə matçında (1:4)  hakimləri təhqir etdiyinə görə və meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olduğu üçün 5 oyun cəzalandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43