Kateqoriyasız

“Bu axşam səhvlər axşamı oldu” – “Lex”in baş məşqçisi

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində “Qarabağ” Polşa “Lex”ini darmadağın edərək turnirdən kənarlaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, görüşdən sonra Poznan klubunun çalışdırıcısı Con van den Brom jurnalistlərin suallarını cavablandırıb.

– İlk novbədə “Qarabağ”ı qələbə və növbəti mərhələyə adlaması münasibəti ilə təbrik edirəm. Bu gün mərhələni biz də keçə bilərdik. Ancaq alınmadı. Bu axşam səhvlər axşamı oldu. Həm komandamın, həm də hakimlərin səhvləri oldu. Azı 3 epizodda oyundankənar vəziyyəti qeydə almadılar. Təbii ki, bu bir bəhanə olmamalıdı. “Qarabağ” çox yüksək səviyyəli futbol sərgilədi. Bir daha təbrik edirəm.

– Hesabın böyüməsi komandada şok effekti yaratdı?
– Bəli. 1 və 5 qolla uduzmaq fərqlidir. Komandamızın təcrübəsində belə yenilgi olmayıb. Bir çox nüanslar oldu. 1:5 rəqibin çox yüksək keyfiyyətli oynaması ilə bağlı idi. 4-cü qoldan sonra hər şey çökdü. Bu gün belə uduzmağımızın səbəbi “Qarabağ”ın gözəl futboluna görə oldu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43