06 İyun 2026
Dünya futbolu

“Bu, özünü qurban vermək lazım olan bir oyun idi” – Montella

Türkiyə millisinin baş məşqçisi Vinçenso Montella DÇ-2026-nın seçmə mərhələsində İspaniya ilə 2:2 hesablı heç-heçə barədə fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına danışan italyan mütəxəssis komandasının mübarizə ruhundan razı qaldığını bildirib:

“Futbolçuların meydanda göstərdiyi ruhla qürur duyuram. Bu, özünü qurban vermək lazım olan bir oyun idi. Dünən onlara inandığımı dedim və belə bir qarşılaşma üçün rəqabətədavamlı komanda çıxardıq. Kim oynamağından asılı olmayaraq, rəqabət səviyyəmiz yüksəkdir.

Bu nəticənin bizə əlavə güvən verib-verməyəcəyini bilmirəm. Amma özümüzü çox arxayın hiss etməmək vacibdir. Qarşıda iki final kimi oyun var. İkinciyə çıxmaq üçün əvvəlcə birincini qazanmalıyıq. Necə qazanmağımız fərq etmir, əsas olan qalibiyyətdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43