“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi “Ayaks”dan Jorrel Hato ilə razılaşıb. Premyer Liqa təmsilçisi 19 yaşlı futbolçu ilə 7 illik müqavilə imzalayacaq.
“Zadəganlar” Hato üçün 40 milyon avro ödəyəcəklər. Bildirilib ki, o, yaxın vaxtlarda tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Jorrel “Ayaks”ın heyətində 111 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib və 20 sarı vərəqə alıb.

