“Qalatasaray”ın Çempionlar Liqası qrup mərhələsindəki oyunlarının tam təqvimi açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu turnirdəki ilk görüşə doğma meydanda çıxacaq. “Sarı-qırmızılar” sentyabrın 20-də Danimarka “Kopenhagen”i ilə qarşılaşacaq.
“Qalatasaray”ın qrup mərhələsindəki görüşlərin təqvimi:
20 sentyabr – “Kopenhagen” (ev)
3 oktyabr – “Mançester Yunayted” (səfər)
24 oktyabr – “Bavariya” (ev)
8 noyabr – “Bavariya” (səfər)
29 noyabr – “Mançester Yunayted” (ev)
12 dekabr – “Kopenhagen” (səfər)

