Ölkə futbolu

Dabodan örnək davranış – Hakim təşəkkür etdi

Topaz Premyer Liqasının XI turunda keçirilən “Neftçi” – “Zirə” matçında ev sahibi komandanın oyunçusu Baqali Dabo örnək davranış edib.

Belə ki, bir epizodda hakim İnqilab Məmmədov topun “Zirə” futbolçularından çıxdığını düşünərək “Neftçi”nin xeyrinə küncdən zərbə təyin etsə də, futbolçu hakimə yaxınlaşaraq topun ondan çıxdığını bildirib. Bundan sonra hakim qərarını dəyişərək oyunçuya təşəkkür edib.

Qeyd edək ki, matç 2:2 hesabı ilə sona çatıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43