Ölkə futbolu

“Dalğa Arena” təmirə bağlandı

Bakının Mərdəkan qəsəbəsində yerləşən və AFFA-nın balansında olan “Dalğa Arena” təmirə bağlanılıb.

Milli assosiyasiyadan verilən məlumata görə, stadionun ot örtüyündə bəzi yenilənmə işləri aparılır. Bildirilir ki, ot örtüyünün baxıma ehtiyacı olduğu üçün bu addım atılıb.

Bu səbəbdən, “Zirə” klubu Topaz Premyer Liqasının X turunda “Səbail”i “Bakcell Arena”da qəbul edəcək.

Qeyd edək ki, “Sumqayıt” və “Zirə” klublarının ev oyunlarını keçirdiyi arenalar təmirdə olduğundan, onlar bu mövsüm “Dalğa Arena”dan yararlanıblar. (report)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43