Ölkə futbolu

“Neftçi”də ciddi itki – bir ay olmayacaq

Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Qarabağ” klubu ilə oyunun ilk hissəsində zədələnərək əvəzlənən Məhəmməd Mirzəbəyovun vəziyyətinə aydınlıq gəlib. Tibbi baxışdan sonra məlum olub ki, müdafiəçinin qarın əzələlərində yırtıq var. 27 yaşlı futbolçu təxminən 1 ay müalicə olunandan sonra fərdi məşqlərə başlayacaq.

Qeyd edək ki, Məhəmməd Mirzəbəyov geridə qalan 9 turun 7-də 90 dəqiqə meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43