Türkiyənin “Eyüpspor” klubu Kərəm Dəmirbayla yollarını ayırıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Dəmirbay ötən yay “Qalatasaray”dan “Eyüpspor”a transfer olunmuşdu.

