Dünya futbolu

Derbinin ardından azarkeş həbs edildi

Dünən keçirilən “Arsenal” – Çelsi” görüşünün ardından bir azarkeş həbs edilib.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb tərəfdarın oyun anında lazerdən istifadə etməsidir. O, “Çelsi”nin futbolçusu Mixail Mudrikin gözünə işıq salıb.

Görüşün ardından təhlükəsizlik kameralarından azarkeşin kimliyi bəlirlənib və polis bölməsinə dəvət edilib.

Xatırladaq ki, “Arsenal” London derbisində “Çelsi”ni 3:1 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43