Türkiyənin “Beşiktaş” klubu “Sabah”la yoxlama oyunu keçirəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş mayın 13-də baş tutacaq. Qarşılaşmadan əldə edilən gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə bağışlanacaq.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, tarixi matça biletlər sabah axşamdan və ya ayın 5-i səhər saatlarından satışa çıxarılacaq.
Tərəfdarların sosial şəbəkə hesablarından edilən paylaşımları nəzərə alsaq, oyuna marağın böyük olacağı gözlənilir.