Dünya futbolu

Di Mariyadan “Barselona”ya Messi şərti

“Barselona” “Yuventus”un hücumçusu Anxel Di Mariya ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu bu yay azad agentə çevrilmə ehtimalı olan 35 yaşlı argentinalı ilə müqavilə imzalamaq istəyir.

Futbolçunun özü də Avropada oynamaq niyyətindədir. O, Lionel Messinin komandaya gələcəyi təqdirdə, düşünmədən “Barselona”ya keçməyə razılığa verəcək.

2022/23 mövsümündə Di Maria “Yuventus”un heyətində 38 matçda 8 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun Turin klubu ilə müqaviləsi 2023-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.

Di Maria 2010-14-cü illərdə “Real”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43