İdman

Dino Ndlovu ümidləndirdi: “Bizim adımız “Qarabağ”dırsa…”

“Qarabağ2ın hücumçusu Dino Ndlovu Çempionlar Liqasının C qrupunun oyunları çərçivəsində “Çelsi”yə 0:6 hesablı məğlubiyyətdən sonra şəxsi “instagram” hesabında müəyyən fikirlər paylaşıb.

İdmanxeber.com-un məlumatına görə, Cənubi Afriaklı hücumçu ümidsizliyə qapılanlara səslənərək, bunları deyib: “Çelsi” ilə matçdan sonra çoxları ümidsizliyə qapılıb. Bizim adımız “Qarabağ”dırsa, ümidsiz olmamalıyıq. Nə uğursuz deyilik, nə də uduzan. İstədiyimizi göstərə bilməyəndə və inkişafı dayandırdığımız vaxt “Allah həmişə böyükdür” deyib yolumuza davam edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43