İdman

Yaşar Vahabzadənin boşluğu dolduruldu: U-21-in yeni baş məşqçisi bəlli oldu

Azərbaycan 21 yaşadək futbolçulardan ibarət yığma komandasının (U-21) yeni baş məşqçisi müəyyənləşib. 

İdmanxeber.com-un məlumatına görə,  AFFA Məşqçilər Komitəsinin təklifinə əsasən, U-21 yığmasının Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində oktyabr və noyabr aylarında keçirəcəyi oyunlar üçün baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Ələkbərova həvalə olunub. Baş məşqçinin qərarına əsasən, bu müddət üçün Aslan Kərimov və Cahangir Həsənzadə köməkçi-məşqçi vəzifəsinə təyin ediliblər. 

Xatırladaq ki, 49 yaşlı Ələkbərov istefa verən baş məşqçi Yaşar Vahabzadənin köməkçisi idi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43