İdman

Dünya çempionatı: İki qadın güləşçimiz mübarizəyə başlayır

Azərbaycanın daha iki qadın güləşçisi bu gün Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayacaq.

Idmanxeber.az xəbər verir ki, 53 kq çəkidə Leyla Qurbanova 1/8 finalda  Yuliye Leorda (Moldova) ilə qarşılaşacaq.

63 kq-dakı Elis Manolova isə Türkiyə idmançısı Aslı Demirlə çinli Jia Lonqun görüşünün qalibi ilə üz-üzə gələcək.

Yunan-Roma güləşçilərimiz təsəlliverici görüşlərə qatılacaq. 60 kq çəkidə Murad Məmmədov litvalı Yustias Patraviçyusla misirli Ahmed Mahmudun görüşünün qalibi ilə, 130 kq-da Sabah Şəriəti qazaxıstanlı Alimxan Sidikovla , qadın güləşçilərimizdən Tatyana Omelçenko çinli Xiaojuan Luo ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43