Kateqoriyasız

“Qarabağ” – “Nant”: hakimlər açıqlandı

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın turnirin qrup mərhələsinin II turunda Fransanın “Nant” klubuna qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlər açıqlanıb.

İdmaxeber.az xəbər verir ki, sentyabrın 15-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Enea Yorqyi olacaq. Ona yan xətt hakimləri Denis Rexa və Ridiger Çokay kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yuxin Xaca yerinə yetirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43