20 İyun 2026
Ölkə futbolu

Elçin Məsiyev Avropa Liqası oyununda

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb.

İdmanxeber.az-ın məlumatına görə, o, dekabrın 11-də Almaniyada keçiriləcək əsas mərhələnin VI turu çərçivəsində “Frayburq” – “Zaltsburq” oyununu idarə edəcək.

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək, dördüncü hakim isə Əliyar Ağayev olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43