Dünya futbolu

Erməni məşqçi: “Qriqorçuk “Astana”ya qayıda bilər”

Hazırda “Astana”da baş məşqçi səlahiyyətlərini yerinə yetirən Qriqori Babayan Roman Qriqorçukun komandadan ayrılmasından danışıb.

İdmanxeber.az-ın məlumatına görə, o, ukraynalı mütəxəssisin yenidən “Astana”ya qayıda biləcəyini bildirib:

“R.Qriqorçuk 45 gündür komandada çalışmır. O, ailə məsələlərinə görə buradan ayrılıb. Ancaq yenidən “Astana”ya qayıtmaq ehtimalı var. Qriqorçuk çox yaxşı məşqçidir. Onunla birgə çalışmaq bizim üçün də çox yaxşı idi”.

Qeyd edək ki, Qriqorçukun “Astana”dan şəxsi məsələlərə görə müvəqqəti olaraq ayrıldığı deyilsə də, onun rəhbərliklə fikir ayrılığına görə klubdan getdiyi iddia olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43