19 İyun 2026
Dünya futbolu

“Fənərbağça” “Atletiko”nun hücumçusunu istəyir

“Fənərbağça” “Atletiko”nun hücumçusu Sörlota maraq göstərir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu qış transfer pəncərəsi öncəsi təcrübəli hücumçu axtarışına başlayıb.

“Fənərbağça”nın əsas hədəfi norveçli forvard Aleksandr Sörlotdur.

Türkiyə təmsilçisi 28 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmaq niyyətindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43