DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək Fransa – Azərbaycan oyununu norveçli hakim idarə edəcək.
İdmanxeber.az-ın məlumatına görə, baş hakim Rohit Saqqi olacaq.
Ona Yorqen Ronning Valstadsve və Ole Andreas Haukasen kömək göstərəcək. Dördüncü hakim funksiyasını Daniel Hiqraff yerinə yetirəcək.
VAR-da Tom Harald Haqen, AVAR-da Siqurd Krinqstad əyləşəcək.
Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də “Park de Prens” stadionunda keçiriləcək.

