11 İyun 2026
Dünya futbolu

“Liverpul”un futbolçusu millidən imtina etdi

“Liverpul”un vingeri Federiko Kyeza İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzonun dəvətini qəbul etməyib.

İdmanxeber.az xəbər verir ki, 27 yaşlı futbolçu hazırda optimal fiziki vəziyyətdə olmadığını bildirib və milli komandaya qoşulmaqdan imtina edib. Qattuzo açıqlayıb ki, Kyeza bu fasilədən istifadə edib formaya düşmək istəyir.

Cari mövsümdə Kyeza 6 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. İtaliya millisi yaxın matçlarda Estoniya və İsrail yığmalarına qarşı çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43