Antuan Qrizmann “Atletiko”dan ayrılmaq istəmir.
İdmanxeber.az-ın məlumatına görə, fransalı oyunçu özünə gələn təklifləri dəyərləndirmək niyyətində deyil. Baş məşqçi Dieqo Simeone də onun çıxışından razıdır.
Bu mövsüm Antuan La Liqada 28 matçda 8 qol vurub və 5 məhsuldar ötürmə edib. 34 yaşlı futbolçu “Real Sosyedad”, “Barselona” klublarında da oynayıb.

