İdman

Futzal üzrə Azərbaycan Kubokunun qalibi bəlli oldu

Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, finalda “Neftçi İK” və “Baku Fire” komandaları üz-üzə gəliblər.

Bakı İdman Sarayındakı qarşılaşma “Baku Fire”nin 5:0 hesablı qələbəsi ilə bitib. Qolları Oruc Baxşəlizadə, İaqo Henrique, Tofiq Əliyev (2) və Elvin Quliyev vurublar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Yüksək Liqasında “Araz Naxçıvan” qalib olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43