Müsahibə

Georgi Tsetsadze: “Hələ cavab oyunu var”

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” Gürcüstanın “Samtredia” klubuna 5:0 hesabı ilə qalib gəlib.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Samtredia”nın baş məşqçisi Georgi Tsetsadze jurnalistlərin suallarını cavablandırıb:

– Oyundan öncə çox iddialı danışmışdınız. “Qarabağ”ı keçə biləcəyinizi bildirmişdiniz.  Nə deyə bilərsiniz?

– Oyundan öncə hər bir komandanın şansları olur. Bu, normaldır. Ancaq oyunda şansımız olmadı. Hələ cavab oyunu var.

– Hakimlik barədə nə deyə bilərsiniz?

Hakimliyi müzakirə etmək istəmirəm. Oyuna baxacağıq və fikrimizi bildirəcəyik?

– İlk penaltidə hakimin səhvi vardımı? Bu, sizin oyununuza təsir etdimi?

– Biz hakimə görə uduzmadıq. Rəqib daha güclü idi. Heç kimi günahlandırmaq olmaz. Bütün günah özümüzdə idi.

– Belə başa düşdük ki, “Qarabağ”ın belə heyətlə meydana çıxacağını və belə oynayacağını gözləmirdiniz…

– Xeyr, “Qarabağ”ın belə heyətlə oynayacağını gözləyirdik.

– Keçən mövsüm də “Qəbələ”yə 5 top fərqi ilə uduzmuşdunuz. Bakını sizin üçün uğursuz şəhər hesab etmək olarmı?

– Sadəcə, Azərbaycanın klub futbolu daha güclüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43