21 İyul 2026
Dünya futbolu

Gürcü futbolçu Premyer Liqaya doğru

“Sanderlend” “Lion”un hücumçusu Jorja Mikautadzenin transferində maraqlıdır.

İdmanxeber.az-ın məlumatına görə, “Lion”un Liqa 2-yə düşməsi fonunda 24 yaşlı gürcünün komandadan ayrılma ehtimalı yüksəkdir. 

2024/25 mövsümündə Mikautadze “Lion”un heyətində bütün yarışlarda 47 matçda 17 qol vurub və 11 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.

“Transfermarkt” futbolçunun transfer dəyərini 22 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43