Dünya futbolu

Gürcüstanlı oyunçu Avropa klublarının marağında

Giorgi Mamardaşvili mövsümün sonunda “Valensiya”nı tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı qolkiper “Tottenhem”, “Aston Villa”, “Atletiko”, “Vilyarreal” və “Portu” kimi klubların maraq dairəsindədi.

Mamardaşvilinin sərbəst qalma məbləği 100 milyon avro olsa da, “Valensiya” onu daha ucuz qiymətə sata bilər.

Qapıçının “yarasalar”la müqaviləsi 2027-ci ilə qədərdir.

La Liqada mövsümün 35 matçında Mamardaşvili 7 dəfə qapısını toxunulmaz saxlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43