“Tottenhem” Harri Keyni klubda saxlamaq niyyətindədi.
İdmanxeber.az-ın məlumatına görə, London klubu 29 yaşlı hücumçunun maaşını artıraraq həftədə 300 min funt-sterlinq etmək istəyir. Rəhbərlik yaxın günlərdə Keynlə yeni sözləşmə təklif edəcək.
Daha əvvəl bildirilirdi ki, “Bavariya”, “Real”, “Mançester Yunayted” və PSJ oyunçunun xidmətində maraqlıdır.
Hücumçunun “Tottenhem”lə hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.

