19 İyun 2026
Ölkə futbolu

Azərbaycan klubunda əcnəbi futbolçuyla bağlı MÜƏMMANIN SƏBƏBİ

“Sumqayıt” baş məşqçinin istəmədiyi futbolçunu göndərə bilmir.

Komandanın müdafiəçisi Todor Todorski Samir Abasovun planlarına daxil deyil. Rəhbərlik onunla yola davam etməyəcəyini bildirib. 

Ancaq futbolçunun göndərilməsi ilə bağlı rəsmi açıqlama edilməyib. Buna səbəb tərəflər arasındakı anlaşılmazlıqdır. 

Əldə etdiyimiz məlumata görə, şimali makedoniyalı oyunçu klubla müqaviləsi davam etdiyi üçün təzminat tələb edir. Ancaq rəhbərliyin belə bir fikri yoxdur. Bir müddətdir tərəflər bu məsələ barəsində danışıq aparsa da, hələlik razılığa gəlinməyib.

24 yaşlı oyunçu ötən mövsüm “Suqmayıt”la 2 illik müqavilə imzalayıb. Onun klubla sözləşməsi gələn yay başa çatır.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43