22 İyul 2026
Ölkə futbolu

Hava şəraiti Azərbaycan çempionatına təsir etdi, bu matçın yeri dəyişdi 

Azərbaycan II Liqası 21-ci turu çərçivəsində bu gün keçirilməli olan “Şəmkir” – “Kür Araz” matçının başlanma vaxtı və məkanı dəyişdirilib.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb ölkə ərazisində davam edən yağışlı hava şəraitidir. Görüş bu gün saat 18:00-da, Tovuz şəhər stadionunda baş tutacaq.

Qarşılaşmanın daha əvvəl saat 16:30-da, Şəmkr OİK-də keriləcəyi açıqlanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43