Kateqoriyasız

“Məhz bundan sonra tamam fərqli çıxış edəcəyik” – Rahid Əmirquliyev

“Səbail”in kapitanı Rahid Əmirquliyevin İdmanxeber.az-a müsahibəsi.

-“Kəpəz”lə oyunda bu mövsüm ilk qələbənizi qazandınız. Asan görünən çətin qələbə…

“Kəpəz”lə oyunun çətin keçəcəyini gözləyirdik. Gəncə klubu ilə oyunda daha yaxşı başlamaq istəyirdik. Lakin oyun biz istəyən məcrada başlasa da, qolu rəqib komanda vura bildi. Bizim komandadakı legionerlərdən Martinov xaric hamısı ilk dəfədi Premyer Liqamızda çıxış edir. Komandada yeni futbolçular çoxdu. Uğunlaşma proosesinin bizə problem yaşada bilməsindən qorxurduq. Ancaq hiss olunur ki, zaman-zaman hər şey qaydasına düşür.

– İlk hissəni məğlub kimi qapadınız. İkinci yarıda nə baş verdi ki, komanda 4 qol vurub 3 xalı aktivinə yaza bildi?

Paltardəyişmə otağında Mahmud müəllim bizə inandığını bildirdi. Əvəzetmələr sayəsində oyunumuzda daha da canlanma yarandı və ardıcıl qollar vuraraq “Kəpəz”i məğlub edə bildik. Bizim üçün bu qələbə çox vacib idi. İnanıram ki, bu qələbədən sonra komandada özünəinam daha da yaxşı olacaq və biz müsbət nəticələr qazana bilərik.

-4 turdan sonra qazanılan 4 xal… Belə başlanğıc gözləyirdinizmi?

Biz də istyirdik ki, çempionata daha yaxşı başlayaq. Zəif startın bir neçə səbəbi ola bilər. Onlardan biri bizim yeni komanda olmağımızdı. Heyətdəki futbolçuların böyük əksəriyyəti ilk dəfə burada çıxış edir. Bəzi legionerlərimizdə adaptasiya problemi göründü. Lakin bu da müəyyyən vaxt sonra öz həllini tapacaq.

-Səncə, komandanın daha yaxşı nəticə qazanmamasına səbəb legionerlərin zəif çıxışıdır?

Heyəti bu cür ayrımaq istəmirəm. Yerli və ya xarici fərqi yoxdur. Sadəcə yeni komandayıq. Legionerlər də yeni gəliblər. Hələ komandaya, çempionata tam uyğunlaşmayıblar. Məncə, getdikcə daha yaxşı olacaq. Həm futbolçular, həm də nəticələr. Heyət bir-birinə uyğunlaşdıqdan sonra tamam fərqli çıxış edəcəyik.

-“Kəpəz”in futbolçusu Rauf Əliyev oyunun gedişində baş hakimi təhqir, Mahmud Qurbanova hücum etdi. Nə baş vermişdi orda?

Təbii ki, bu yaxşı bir hal deyil. Futbolda belə şeylər olur. Rauf əsəbi idi. Ola bilər bir-birilərini başa düşməyiblər. Ümumən nə baş verdiyini tam bilmədim. İstənilən halda xoşagəməz hadisə idi.

-Qarşıda “Sabah”la oyun var. Bu görüş barədə nə düşünürsən? 

Bizim üçün çox ağır oyun olacaq. Çempionata çox yaxşı başlayıblar. Bütün görüşlərdə qələbə qazanıblar. Ona görə də çətin keçəcək. Ancaq buna rəğmən biz də son oyunda qələbə qazanmışıq və motivasiyamız yaxşıdı. Müsbət nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Xəyal Hüseynov

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43