Kateqoriyasız

İcra hakimiyyəti şəhid övladlarını “Qarabağ”ın oyununa göndərdi

Şəmkir rayon İcra Hakimiyyəti “Qarabağ”ın Avroliqanın qrup mərhələsi çərçivəsində bu gün Bakıda “Olimpiakos”a qarşı keçirəcəyi oyunla bağlı təqdirəlayiq addım atıb.

İdmanxeber.az-ın məlumatına görə, şəhər rəhbərliyi Ağdam klubunun oyununu stadiondan izləmək arzusunda olan şəhid ailələrinin övladlarını bilet və lazımi ehtiyaclarla təmin edərək Bakıya yola salıb.

Şəhid ailələrinin ümumilikdə 22 övladı paytaxta İcra hakimiyyəti əməkdaşlarının müşayiəti ilə yollanıb. Qəhrəmanlarımızın övladları “Qarabağ”a dəstək pankartı açaraq yola düşüblər.

Klubdan öyrəndik ki, bu barədə məlumatları var və onlar şəhid övladları üçün yer nəzərdə tutublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43