Kateqoriyasız

İkardi “Qalatasaray”a keçməyə yaxındır

Mauro İkardinin  “Qalatasaray”a keçib-keçməyəcəyi bu həftə bilinəcək.

İdmanxeber.az-ın məlumatına görə, hücumçunun agenti olan həyat yoldaşı Vanda Nara klub rəsmiləri ilə görüşəcək.  Rəhbərlik hücumçunun maaşının 3 milyon avrosunu ödəmək istəyir. Maaşın digər hissəsini PSJ-nin verməsini planlaşdırır.

Qeyd edək ki, İkardi ötən mövsümün 24 matçında 4 qola imza atıb.

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43