Kateqoriyasız

UEFA “Arsenal”ı cəzalandıra bilər

UEFA İngiltərənin “Arsenal” klubunu cəzalandıra bilər.

İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, komanda maliyyə feyr-pley qaydalarını pozmaqda şübhəli bilinir.  Mənbə yazır ki, London təmsilçisi UEFA-nın nəzarətə götürdüyü 20 klubdan biridir. Əgər araşdırmalar zamanı belə bir hala rast gəlinsə, qurumun “Arsenal”ı cəzalandıracağı vurğulanıb.

“Arsenal” son 3 ili 213 milyon funt sterlinq zərərlə başa vurub. Klub bu dönəmdə transferlərə 218 milyon funt-sterlinq xərcləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43