“Sabah”ın futbolçusu Abdulla Rzayev Premyer Liqa klublarının maraq dairəsindədir.
İdmanxeber.az-a verilən məlumata görə, oyunçunun xidmətində “Kəpəz” və “Turan Tovuz” komandaları maraqlıdır. Tovuz klubu “Sabah”ın futbolçusu üçün mübarizədə bir addım öndədir.
Buna səbəb “Turan Tovuz”un Rzayevə “Kəpəz”dən daha yüksək maaş təklif etməsidir. Çünki baş məşqçi Kurban Berdiyev rəhbərlikdən azərbaycanlı oyunçunun alınmasını istəyir. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Transferin hələ də yekunlaşmamasına səbəb müdafiəçinin qarşı tərəfə şərt qoymasıdır. Belə ki, gənc oyunçu gedəcəyi klubdan əsas heyətdə oynayacağına dair təminat almaq istəyir.
O, ehtiyatda qalmaq fikrində deyil. Buna görə də transfer hələlik tamamlanmayıb.
Rzayevin növbəti mövsüm karyerasını hansı klubda davam etdirəcəyi yaxın günlərdə bəlli olacaq.

