21 İyul 2026
Ölkə futbolu

“İmişli” 5 futbolçu ilə müqavilə uzatdı – RƏSMİ

Növbəti mövsüm Azərbaycan Premyer Liqada çıxış edəcək “İmişli” beş futbolçu ilə müqavilənin müddətini uzadıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Vüsal Qənbərov və Mehdi Tahirovla 2, Andrey Sinenko, İdris İnqilablı və Həzrət İsayevlə isə 1 illik sözləşmə bağlanıb.

Qeyd edək ki, “İmişli” 2024/2025 mövsümündə 1-ci Liqanı 2-ci pillədə başa vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43