Premyer Liqaya vəsiqə qazanan “İmişli” klubu heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.
İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi “Zirə”nin futbolçusu Fuad Bayramovla maraqlanır. Klub rəhbərliyi oyunçunu heyətinə qatmaq üçün hərəkətə keçib.
Artıq tərəflər arasında ilkin danışıqlar baş tutub. Hər iki tərəf üçün şərtlər uyğun olarsa, Bayramov “İmişli” formasını geyinə bilər.
Xatırladaq ki, 26 yaşlı müdafiəçi ötən mövsüm qəsəbə klubunun heyətində 20 matç keçirib. Onunla “qartallar”la müqaviləsi 2027-ci ilə qədərdir.

