23 İyul 2026
Dünya futbolu

İspaniya klubundan “Qalatasaray”a – RƏSMİ

“Jirona”nın yarımmüdafiəçisi Yaser Asprilya karyerasını Türkiyədə davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, kolumbiyalı futbolçu mövsümün sonuna qədər icarə əsasında “Qalatasaray”a keçib.

Tərəflər icarə müddəti bitdikdən sonra futbolçunun tam transferi ilə bağlı danışıqlar apara bilər. 22 yaşlı oyunçu bu mövsüm “Jirona”da 17 matçda 1 qol və 1 assistlə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43