Kateqoriyasız

“Kəpəz” bu gün 3 futbolçu ilə müqavilə imzalayır

Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətinə 3 futbolçu qatır.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi Çexiya “Viktoriya”sından ayrılan Fərid Nəbiyev, “Xəzər Lənəran”ın sabiq qapıçısı Orxan Sadıqlı və ötən mövsüm “Sumqayıt”da çıxış edən Yusif Nəbiyevlə müqavilə imzalayır. Sözügedən futbolçularla bu gün 1 illik sözləşmə imzalanacaq.

Qeyd edək ki, “Kəpəz” Tural Axundov, Elvin Yunuszadə, Kamran İbrahimov, Zamiq Əliyev, Mate Kvirkviya və Giorgi Kantariyanı heyətinə qatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43