Kateqoriyasız

“Kəpəz”in bu problemi həll olunur – Futbolun İnkişaf Fondu Gəncə klubu üçün başlayır

Futbolun İnkişaf Fondu 2022/2023-cü illər mövsümündən etibarən Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya əldə edən “Kəpəz” Futbol Klubuna dəstək olmaq və cəmiyyətin hər bir fərdinin bu prosesdə yaxından iştirak etməsinə şərait yaratmaq üçün “Kəpəz 100k” layihəsinə start verir.

İdmanxeber.az-a daxil olan məlumata görə, Gəncə klubuna avtobus alınması üçün ianə kampaniyasına start veriləcək.

Veb platformada real futbol meydançası ölçülərinə uyğun olan 7140 ədəd pikseldən ibarət virtual meydança yerləşdiriləcək.

1 pikselin qiyməti 15 AZN təşkil edir. 1, 4, 9 və 16 saydan ibarət olan piksellərdən toplanan vəsait kluba avtobus alınması üçün sərf olunacaq və bununla bağlı ictimaiyyətə hesabat veriləcək.

İanəçilərin fotoları klubun avtobusunun üzərində yer alacaq və stadionun seçilmiş ərazisindəki lövhədə öz əksini tapacaq.

Qeyd edək ki, layihə klub üçün 100 min manat ianə toplamaq məqsədi daşıyır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43