20 İyun 2026
Ölkə futbolu

“Kəpəz”in futbolçusu əməliyyat olundu

“Kəpəz”in futbolçusu Mahamadu Ba əməliyyat olunub.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Sabah”la oyunda zədələnən futbolçu çiynindən əməliyyat keçirib.

Müayinələr nəticəsində 26 yaşlı yarımmüdafiəçimizin çiynində iki bağın qırıldığı müəyyən edilib. Əməliyyat uğurla başa çatıb. Banın 2-3 həftə ərzində məşqlərə başlaması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43