“Mən Aqil Məmmədovun “Neftçi”dən niyə getdiyini açıqlaya bilərəm. Ancaq mənim deməyim düz çıxmaz. Lakin deyə bilərəm ki, bir futbolçunu şəxsi həyatına, xarakterinə görə komandadan uzaqlaşdırmazlar. Futbolçunu xarakterinə görə deyil, futboluna görə qiymətləndirərlər”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin qolkiperi Kamran Ağayev deyib.
Təcrübəli qapıçı “Xəzər Tv”də yayımlanan “Futbol Saatı” verlişində qonaq olarkən klublarımızın avrokuboklardakı şanslarını da dəyərləndirdi:
“Bu il “Qarabağ” üçün çətin olacaq. Çünki komanda mövsümdə nə oynadı özü də bilmədi. Öz səviyyəsindən aşağı, rəqabətsiz bir çempion oldu. Ona görə komanda öz oyununu tam göstərə bilmədi. Avroliqadakı komandalara gəlincə, “Qəbələ”, “Kəpəz” və “Neftçi” üçün də asan olmayacaq. Ümid edək ki, komandalarımız mərhələ adlaya biləcək”.

