Gəncənin “Kəpəz” klubu futbolçusu Dario Frederiko ilə müqavilə müddətini daha bir il artırıb.
İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, bu barədə komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib.
Onun sözlərinə görə, ötən ilin yayında komandaya cəlb olunan 25 yaşlı yarımmüdafiəçi 2016-2017 mövsümün sonunadək Gəncə təmsilçisinin heyətində çıxış edəcək.
Qeyd edək ki, Dario Frederiko Topaz Premyer Liqasının XII turunda AZAL-la oyunda zədələnib. Futbolçu hazırda bərpa dövrü keçir və yalnız mayda komandaya qoşula biləcək.

