“Qarabağ” Kolumbiya millisinin futbolçusu Alfredo Morelosu transfer etmək istəyir.
İdmanxeber.az “Sun” nəşrinə istinadən xəbər verir ki, Azərbaycan çempionu hücum xəttini 27 yaşlı forvardla gücləndirmək niyyətindədir. Oyunçu beş ildir formasını geyindiyi Şotlandiya klubu “Reyncers”lə müqavilə müddəti başa çatdığı üçün oradan ayrılıb.
O, 2017-ci ildən Şotlandiya təmsilçisində çıxış edir. Bu müddətdə hücumçu 178 oyunda çıxış edib və 78 qol vurub.
Qeyd edək ki, Alfredo Morelos 2018-ci ildən Kolumbiya millisinə dəvət edilir.

