19 İyun 2026
Dünya futbolu

“Arsenal” transferini açıqlamağa hazırlaşır

“Vest Hem” “Arsenal”ın yarımmüdafiəçi Deklan Raysı transfer etmək təklifini geri çevirməyib.

İdmanxeber.az-ın məlumatına görə, London klubu 24 yaşlı ingilis üçün 100 milyon funt-sterlinq və bonus olaraq 5 milyon ödəməyə hazır olduğunu bildirilirib.

2022/23 mövsümündə futbolçu komandanın heyətində bütün yarışlarda 50 matçda 5 qol vurub, 4 məhsuldar ötürmə edib və Konfrans Liqasının qalibi olub.

Futbolçunun “çəkiclilər”lə müqaviləsi 2024-cü ilin yayına qədər qüvvədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43