Bu gün Nyonda (İsveçrə) Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
İdmanxeber.az xəbər verir ki, ölkəmizin turnirdəki təmsilçisi “Zirə”nin rəqibi bəlli olub. Komanda Xorvatiyanın “Hayduk” klubu üz-üzə gələcək. Tərəflər arasında ilk görüş Bakıda baş tutacaq.
“Araz-Naxçıvan” isə Yunanısnatının “Aris” komandası ilə qarşılaşacaq.
Görüşlər iyulun 24 və 31-də keçiriləcək.

