Kateqoriyasız

“Lex”in həm də onlara ehtiyacı var

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində “Qarabağ” “Lex”i qonaq edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada Poznan klubu dəstəksiz qalmayacaq. Belə ki, 100-dən artıq polyak azarkeşlər tribunada “Lex”ə dəstək olacaqlar.

Qeyd edək ki, matç saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43