23 İyul 2026
Ölkə futbolu

“Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlandı 

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda keçiriləcək “Liverpul” – “Qarabağ” matçının hakimləri açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, oyunu Slovakiyadan olan FİFA referisi İvan Krujlyak idarə edəcək. Ona yan xətt hakimləri Branislav Hantsko və Yan Pozor kömək edəcək, dördüncü hakim Peter Kraloviç olacaq.

Görüş yanvarın 28-i Bakı vaxtı ilə 00:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43