24 İyun 2026
Ölkə futbolu

Matça doğru: “İmişli”də ciddi itkilər

Azərbaycan Premyer Liqasının XXI turunda “İmişli” “Quba” ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. İmişli təmsilçisində uzun müddətdir zədəli olan Vüsal Qənbərovla “Qarabağ” matçında qırmızı vərəqə görən Dieqo Do  Santos forma geyinə bilməyəcək.

“Şamaxı”da isə Vladislav Veremeyev zədəli olduğu üçün görüşü kənardan izləyəcək.

Xatırladaq ki, “İmişli” – “Şamaxı” oyunu bu gün saat 14:30-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43