Kateqoriyasız

Mehmet Topal karyerasını bitirdi

Türkiyə millisinin sabiq üzvü Mehmet Topal karyerasını bitirib.

İdmanxeber.az xəbər verir ki, yarımmüdafiəçi 36 yaşında bu qərarı alıb.

Son olaraq “Beşiktaş”da çıxış edən Topal daha əvvəl “Qalatasaray”, “Valensiya”, “Fənərbağça”, “Başakşəhər” kimi komandaların formasını geyinib. O, karyerası ərzində 563 matçda 38 qol, 33 məhsuldar ötürmə ilə yadda qalıb.

Mehmet 94 dəfə də Türkiyə millisi ilə oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43