19 İyun 2026
Kateqoriyasız

Messi rekorda doymur

Argentina millisinin hücumçusu Lionel Messi daha bir rekorda imza atıb.

İdmanxeber.com-un məlumatına görə, 28 yaşlı futbolçu buna Amerika kubokunun yarımfinalında ABŞ-la keçirilən oyunda (4:0) nail olub.

Matçın 32-ci dəqiqəsində fərqlənən Messi yığmadakı qolların sayını 55-ə yüksəldib. Bununla da, Messi Argentina millisinin ən çox qol vuran futbolçusu adını qazanıb. O, yığmanın sabiq üzvü Qabriel Batistutanı geridə qoyub.

Messiyə qədər Batistuta 54 qolla Argentina millisinin ən məhsuldar futbolçusu idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43